Qələbə.
Fərqi yoxdu yaxınsan ya uzaq. Birdən-birə o an olur: kiminsə ya kimlərinsə necə dəyərli olduğunu anladığın an…
Zamanın dayandığı an. Başa düşə bilmirsən olduğun reallıqdır yoxsa fantaziya, beyninin oyunu. İnsanlar da yox olur sanki. Bir sən, bir də sənin dünyan qalır. Bu donmuş zaman kəsiyində nə qədər vaxtın var? Bilmirsən. Bilməkdən qorxursan. “Reallıqdan qaçmaq” buna deyirdilər?..
Fikirlər dağılır. Qoy dağılsın. Hərəsi bir yana dağılışsınlar eləcə. Qalmasınlar, dayanmasınlar. Beyinin heç nə düşünmədiyi o an gəlsin.
Nəfəs. Boşluq. Qələbə.